Qurban bayramı günlərində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbirlər həyata keçirilib.
Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar olaraq ilk gündən etibarən “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Həmçinin, Qurban bayramı günlərində də istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı tədbirlər həyata keçirilib.
Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri fəaliyyət göstərir. Həmçinin, abonentlərimiz bayram günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün azərişıq.az saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.
Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrmizə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir. İstehlakçı məmnuniyyəti əsas hədəfimizdir. Bir daha xalqımızı və bütün müsəlman aləmini Qurban bayramı münasibəti ilə təbrik edirik!
Digər xəbərlər
- Elektrik təchizatı şəbəkəsinə qoşulma prosedurunda elektron xidmətlərin yeri. 26 Yanvar 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Saatlıda vətəndaşları qəbul edib. 30 Yanvar 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir. 28 Mart 2024
- “Azərişıq” ASC cənub rayonlarında baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır. 15 Yanvar 2024
- “Azərişıq” ASC Göyçayda yenidənqurma işlərini davam etdirir. 28 Mart 2024