Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov sentyabrın 3-də Şirvanda vətəndaşlarla görüşüb. Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə Şirvan və Hacıqabul rayonlarından olan sakinlər iştirak edib. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən reallaşıb.
Vətəndaş qəbulundan əvvəl Ümummilli Lider Heydər Əliyevin Şirvan şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Görüş zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Hər iki rayonunun sakinləri regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də vətəndaşlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azərişıq” ASC bütün regionlarda yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı maarifləndirmə tədbirlərini davam etdirir. Bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, onların təklif və tövsiyələri dinlənilir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.
Digər xəbərlər
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026
- Lerikin bu ərazilərində fasilə yaranacaq 06 Aprel 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 17 Aprel 2026
- “Azərişıq” ASC “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən 3-cü dəfə ardıcıl olaraq birinci yerə layiq görülüb 23 Fevral 2026
- Suraxanının bu ərazilərində fasilə yaranacaq 06 Fevral 2026