“Azərişıq” ASC Tovuz rayonunun Ağdam kəndində elektrik enerjisi təchizatını daha dayanıqlı və keyfiyyətli etmək üçün yenidənqurma işlərinə start verib.
Erməni silahlı qüvvələrinin 12 iyul 2020-ci il tarixində təxribat törədərək Ağdam kəndini atəşə məruz qoyması nəticəsində yaşayış evləri ilə yanaşı elektrik enerjisi xətlərinə də ciddi zərər dəymişdi. Bununla belə “Azərişıq” ASC-nin ərazidəki əməkdaşları 24 saat fasiləsiz çalışaraq Ağdam kəndində mərmilərin zədələdiyi bütün xətləri bərpa etməklə sakinləri işıqsız qalmağa qoymadı.
Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə “Azərişıq” ASC rəhbərliyi düşmənlə üz-üzə dayanan kənd sakinlərinə və elecə də səngərdə əli tətikdə olan hərbçilərlə həmrəylik nümayiş etdirmək, onlara dövlətin dəstəyini göstərmək üçün Ağdam kəndində yenidənqurma işlərinə start verib.
Onu da qeyd edək ki, “Azərişıq” ASC-nin rəhbərliyi tez-tez cəbhə xətti boyunca yerləşən kənd və yaşayış məntəqələrinə səfər edir, yerlərdə görülən işlərə şəxsən nəzarət edirlər. Əsas məqsəd xüsusilə həssas bölgələrdə yaşayan abonentlərimizə hər zaman dəstək olmaqdır.
Digər xəbərlər
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının Qərb RETSİ üzrə regional turu təşkil olunub 22 Avqust 2026
- Lənkəranın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 May 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Yanvar 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 19 İyun 2026
- Bakı və Ağdaşın bu ərazilərində təmir işləri ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranacaq 04 Avqust 2026