Müasir texnologiyaların paylayıcı şəbəkəyə tətbiqi debitor borcların azaldılması, enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Debitor borcların azaldılması istiqamətində mühüm bir addım yeni nəsil ağıllı sayğacların quraşdırılması işinin daha da geniş tətbiqidir. Belə ki, bu sayğacların tətbiqi zamanı sayğac oxumada maksimal dəqiqlik təmin olunmaqla, qanunsuz qoşulmalar və kənar müdaxilə halları minimuma endirilir. Həmçinin, istehlakçı karta yüklədiyi vəsait miqdarında elektrik enerjisi alır və əlavə debitor borc yaranmır.
Həmçinin, infrastruktur və idarəetmə sistemlərinin modernləşdirilməsi Səhmdar Cəmiyyət tərəfindən daim nəzarətdə saxlanılır. Rəqəmsal platformalar abonentlərə daha çevik xidmət göstərilməsilə yanaşı debitor borcların azalmasını da təmin edir.
Təchizatçı Şəbəkə tərəfindən debitor borcların azaldılmasına və aradan qaldırılmasına yönələn tədbirlər sistemli xarakter daşıyır və ardıcıl həyata keçirilir.
Digər xəbərlər
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 10 İyun 2026
- Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə mövcud müasir imkanların ictimaiyyətə çatdırılması 04 May 2026
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 13 May 2026
- Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq 20 İyul 2026
- Bakı, Salyan və Masallının bu ərazilərində fasilə yaranacaq 18 İyun 2026