Prosedurların “ASAN”laşması sahibkarların müraciətlərini intensivləşdirib
Fevral ayının 15-dən etibarən “Azərişıq” ASC “ASAN” xidmət vasitəsilə daha bir yenilik etdi və bununla da sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi artıq bölgələrdəki bütün “ASAN” xidmət və “ASAN” kommunal mərkəzlərində gerçəkləşdirilməyə başladı. Elə bu səbəbdəndir ki, fevral ayı ərzində sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərin sayında sıçrayış olub. Belə ki, fevral ayı 28 gündən ibarət olmasına baxmayaraq 330 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edib. Hansı ki, yanvar ayında 284 sahibkar bu məqsədlə ASAN Xidmət və ASAN kommunal mərkəzlərinə müraciət etmişdi.
Sahibkarların elektrik şəbəkəsinə qoşulmaq üçün “ASAN” xidmət vasitəsi ilə “Azərişıq” ASC-yə müraciətlərinin sayının çoxalmasında digər səbəb heç şübhəsiz vahid pəncərə sistemi üzrə prosedurların 7-dən 3-ə salınması və elektrik şəbəkəsinə qoşulma müddətinin 69 gündən 24 günə endirilməsidir.
Fevral ayı ərzində sahibkarlarla yanaşı əhali abonentlərin də “ASAN” xidmət vasitəsi ilə “Azərişıq” ASC-yə müraciətlərinin sayında artım olub. Əgər yanvar ayında 3041 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN” xidmət vasitəsi ilə “Azərişıq” ASC-yə müraciət etmişdisə, fevral ayının 28 günü ərzində 3252 vətəndaş müraciət edib. Sözsüz ki, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulmaq üçün həyata keçirilən xidmətin bütün bölgələrdəki “ASAN” xidmət mərkəzlərini əhatə etməsi, bu məsələdə də öz müsbət rolunu oynayıb.
Ümumilikdə isə fevral ayı ərzində “Azərişıq” ASC-nin “ASAN” xidmət mərkəzləri vasitəsi ilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğaçın yoxladılması, smart karta ödəniş edilməsi) 19 min müraciət olunub.
Digər xəbərlər
- “Azərişıq”ASC –də kadr potensialının bilik və bacarıq səviyyələrinin artırılmasında Təlim-Təcrübə Laboratoriyasının rolu 10 İyun 2024
- Elektrik enerjisinin istifadəsi ilə bağlı maarifləndirmə tədbirləri 14 İyun 2024
- Yenidənqurma işləri ilə əlaqədar Qaradağda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq 06 Noyabr 2024
- “Azərişıq” ASC-nin elektrik təchizatı şəbəkəsinə qoşulma xidmətinin elektronlaşdırılması istiqamətində gördüyü işlər davam etdirilir. 31 Yanvar 2024
- “Azərişiq” ASC Ağcabədidə sahibkarlarla görüş keçirib 12 Yanvar 2024