Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 2-də bəzi rayonlarda 6, 10 və 35 kV-luq bir sıra hava xətlərində təmir işləri aparılacaq.
Masallı Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində yerləşən Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar, Təzəkənd kəndlərinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Ağdaşda saat 09:30-dan 13:00-dək şəhər ərazisində yerləşən Ağalı, İlqar Millətoğlu, Məhəmməd Füzuli, Müşfiq İsayev, Nəriman Nərimanov, Səməd Vurğun, Yuxarı Zeynəddin küçələri, Heydər Əliyev prospektinin bəzi ərazilərində enerjinin verilişində fasilə yaranacaq.
Yevlax EŞ-yə daxil olan bir sıra ərazilərdə də enerjinin verilişi müvəqqəti dayandırılacaq. Planlı fasilə saat 09:00-dan 13:00-dək şəhər ərazisində Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, İmadəddin Nəsimi, Səməd Vurğun, Həsən bəy Zərdabi, Yeni Yevlax, Qanboy Quliyev küçələrini, həmçinin rayonun Aran qəsəbəsini, saat 10:00-dan 14:00-dək Aşağı Salamabad, Bəydili, Əcəmi, Gülövşə, Yenicə, Yuxarı Salamabad kəndlərini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Səbail rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 May 2026
- Lənkəran və Lerikin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 30 Sentyabr 2026
- Təmir işləri ilə əlaqədar Yasamalın bu ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 19 Oktyabr 2026
- Paytaxtın bu ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 13 Sentyabr 2026
- Bakı və Sumqayıtın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 20 Avqust 2026